- Dünyanın halı
- 16:01
- 826
Kallas: Ukraynanı Rusiya ilə danışıqlara sövq etməyin mənası yoxdur
Ukraynanı Rusiya ilə danışıqlara sövq etməyin mənası yoxdur , biz əmin olmalıyıq ki, Kiyevin təhlükəsizlik təminatı var.
Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bu barədə "The Financial Times" qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiya prezidenti Vladimir Putinlə danışıqlara sövq etməyin mənası yoxdur, çünki Rusiya lideri sülh istəmir.
Kallas qeyd edib ki, Avropa İttifaqında (Aİ) Kiyev üçün gələcək təhlükəsizlik zəmanətləri ilə bağlı konsensus yoxdur. İndi əmin olmaq lazımdır ki, bu zəmanətlər “boş deyil”.
Mövsüm
Aznews.az