Belçika ilin sonuna qədər F-16 qırıcılarını Ukraynaya ötürə bilməyəcək

Belçika vəd etdiyi Amerika F-16 qırıcılarını ilin sonuna qədər Ukraynaya göndərə bilməyəcəb.

Bu barədə ölkənin müdafiə naziri Ludivine Dedonderə istinadən "Le Soir" nəşri məlumat yayıb.

“F-16 qırıcı-bombardmançılarının ilk tədarükü elan edildiyi kimi bu il mümkün olmayacaq”, - materialda deyilir.

Müdafiə nazirinin Polşaya səfəri zamanı Ukraynaya qırıcı təyyarələrin verilməyəcəyini bəyan etdiyi dəqiqləşir. Dedonder tədarükün mümkünsüzlüyünü ehtiyat hissələrinin çatışmazlığı və lazımi təlim keçmiş ukraynalı pilotların olmaması ilə izah edib.

Mövsüm

Aznews.az