- Dünyanın halı
- 20 Dekabr 19:51
- 2 338
Rusiya Kiyevi bombalayıb: 1 nəfər ölüb
Rusiyanın Ukraynanın paytaxtı Kiyevə raket hücumu nəticəsində bir nəfər ölüb.
Bundan başqa, 630 yaşayış binasının, o cümlədən 10-dan çox tibb məntəqəsinin və məktəbin istilik təchizatı kəsilib.
Hücum zamanı Portuqaliyanın Kiyevdəki səfirliyinə də ziyan dəyib.
Səlahiyyətlilər ballistik raket təhlükəsi ilə bağlı xəbərdarlıq edib.
Şəhərin hərbi idarəsinin başçısı Sergiy Popko Teleqram vasitəsilə verdiyi açıqlamada Rusiya qüvvələrinin yerli vaxtla səhər saat 7:00 radələrində hücumda 8 ədəd Kinjal və İskəndər raketindən istifadə etdiyini bildirib.
Polis hücumlar zamanı 53 yaşlı kişinin öldüyünü, 11 nəfərin yaralandığını, əksəriyyətinin qəlpə yarası aldığını bildirib.
Kiyev meri Vitali Kliçko bildirib ki, “düşmən hücumu nəticəsində” iki nəfər xəstəxanaya yerləşdirilib və dörd əraziyə düşən dağıntılar avtomobilləri və binaları yandırıb.
"Təcili yardım xidmətləri hər yerdə işləyir",- deyə Kliçko qeyd edib.
Mövsüm
Aznews.az