Bayden Papa Fransisklə görüşəcək

ABŞ prezidenti Co Bayden hakimiyyəti təhvil verməyə hazırlaşır.

Amerikada noyabrın 5-də keçiriləcək seçkilərdə yenidən prezident seçilən Donald Tramp Ağ Evdə məskunlaşmağa hazırdır.

Co Bayden ofisdən getməzdən əvvəl bir sıra mühüm səfərlər edəcək.

O, PAPA İLƏ GÖRÜŞƏCƏK

2025-ci il yanvarın 20-də vəzifəsini seçilmiş prezident Donald Trampa təhvil verəcək Bayden, səlahiyyət müddətinin sonuna yaxınlaşdığı bir vaxtda Papa Fransisk ilə görüşəcək.

Ağ Evdən verilən yazılı açıqlamaya görə, Bayden 9-12 yanvar tarixlərində İtaliyaya səfəri zamanı Roma Papası Fransisk, İtaliya prezidenti Sercio Mattarella və İtaliyanın baş naziri Giorgia Meloni ilə görüşəcək.

Mövsüm

Aznews.az