Cənubi Koreya 3-cü yerli hərbi casus peykini orbitə çıxaracaq

Cənubi Koreya Şimali Koreyada müşahidə imkanlarını gücləndirmək məqsədilə şənbə günü ABŞ-nin kosmik mərkəzindən üçüncü yerli hərbi casus peykini orbitə çıxaracaq.

Bu barədə Yonhap xəbər agentliyi məlumat yayıb.

Peykin Kaliforniyadakı Vandenberq Kosmik Qüvvələri bazasından SpaceX-in Falcon 9 raketi ilə yerli vaxtla saat 3:34-də qalxması planlaşdırılır.

Əgər müvəffəq olarsa, Şimali Koreyanı daha yaxşı izləmək üçün 2025-ci ilə qədər beş orta və böyük ölçülü casus peyki əldə etmək planı çərçivəsində Cənubi Koreyanın üçüncü hərbi casus peykini orbitdə olacaq.

Qeyd edək ki, Cənubi Koreya Yer səthinin təfərrüatlı şəkillərini çəkmək üçün elektro-optik və infraqırmızı sensorlarla təchiz olunmuşilk casus peykini keçən ilin dekabrında Kaliforniya kosmik bazasından kosmosa çıxarıb.

Mövsüm

Aznews.az