Moldova dollardan imtina etdi

2025-ci ilin yanvarından Moldova milli valyutası leyin rəsmi məzənnəsini müəyyən etmək üçün baza valyutası kimi dollar əvəzinə avrodan istifadə etməyə başlayacaq. Bunu Respublika Milli Bankının (MBB) rəhbəri Anka Draqu “Moldova-1” ictimai televiziya kanalında deyib.

AzNews.az xəbər verir ki, Draqunun sözlərinə görə, bu tədbir iqtisadi sektora əhəmiyyətli faydalar gətirəcək və mübadilə əməliyyatlarından əldə edilən gəlir 10 milyon avronu keçə bilər. Bundan əlavə, daxili bazarda avronun likvidliyinin artması və valyutanın alış-satış məzənnələrinin aşağı düşməsi sayəsində lazımi nəticələr əldə olunacaq”, - deyə o qeyd edib.

Bundan əvvəl Moldova Sosialistlər Partiyasının lideri, respublikanın eks-prezidenti İqor Dodon Moldova hökumətini iqtisadiyyatdakı uğursuzluqlara görə istefaya çağırıb . O qeyd edib ki, Sandu seçki vədlərini pozub və Qərbin dəstəyinə ümidlərinin yalan olduğu ortaya çıxıb.

AzNews.az