- Dünyanın halı
- 22 Dekabr 23:51
- 1 431
Albaniyada “TikTok” bloklandı
Albaniya hakimiyyəti 2025-ci ildən başlayaraq ölkədə TikTok platformasını bir il müddətinə bloklayacaq.
“Report” xəbər verir ki, bu barədə Albaniyanın baş naziri Edi Rama bildirib.
E. Rama bu qərarı məktəblərdə fiziki və rəqəmsal təhlükəsizliyi yaxşılaşdırmaq istəyi ilə əlaqələndirib.
Onun sözlərinə görə, Albaniyada valideynlərin 90%-i “TikTok”un bloklanmasını tələb edib.
“Məktəblərdə fiziki və rəqəmsal təhlükəsizliyi yaxşılaşdırmaq üçün səlahiyyətli orqanlarımız tərəfindən hazırlanmış vasitələrdən istifadə edərək “TikTok”u bloklamaq qərarına gəldik”.