- Dünyanın halı
- 16:04
- 959
Braziliyada təyyarə qəzası baş verib: 10 nəfər ölüb
Braziliyanın cənubundakı Qramadoda kiçik təyyarənin qəzaya uğraması nəticəsində eyni ailədən 10 nəfər ölüb, yerdə olan 17 nəfər yaralanıb.
Braziliya Mülki Müdafiə Bölməsi X sosial media platformasında qəza ilə bağlı açıqlama verib.
Açıqlamada iş adamı Luiz Klaudio Qaleazziyə məxsus kiçik təyyarənin Qramado şəhərində havaya qalxdıqdan bir neçə dəqiqə sonra naməlum səbəbdən bir binanın bacasına çırpıldığı, daha sonra isə partlayışın baş verdiyi bildirilib.
Təyyarədə olan eyni ailədən 10 nəfərin həlak olduğu, hadisə zamanı yerdə olan 17 nəfərin yaralandığı, onlardan ikisinin vəziyyətinin ağır olduğu qeyd edilib.
Qaleazzinin şirkətindən verilən açıqlamada təyyarəni idarə edən iş adamının həyat yoldaşı, qızları və digər ailə üzvləri ilə birlikdə öldüyü bildirilib.
Mövsüm
Aznews.az