- Dünyanın halı
- 17:30
- 1 011
Serbiya ölkə tarixində ən böyük etiraz aksiyasının şahidi olub
Serbiyanın paytaxtı Belqradda on minlərlə insan noyabrın 1-də Novi Sad şəhərində qatar stansiyasının girişində damın uçması səbəbindən Serbiya prezidenti Aleksandr Vuçiçə və Serbiya hökumətinə etiraz etmək üçün dünən axşam saatlarında toplaşıb.
Şəhərin mərkəzindəki Slaviya meydanında keçirilən və son illərin ölkədə ən izdihamlı etiraz aksiyası kimi qeydə alınan nümayişə tələbələr və fermerlər birlikləri də dəstək verib.
Aksiya Novi Sad qatar stansiyasında həyatını itirən 15 nəfərin xatirəsinin 15 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Etirazçılar mobil telefonlarının işıqlarını yandıraraq “Oğru Vuçiç” şüarları səsləndiriblər .
Nümayişçilərdən bəziləri “Hamımız eyvanın altındayıq” və “Əlləriniz qan içində” yazılmış plakatlar qaldırılıb, etiraz aksiyasında Vuçiç və Novi Sad merinin istefası tələb edilib.
Mövsüm
Aznews.az