ABŞ mətbuatı: Şimali Koreyanın Rusiyaya göndərdiyi sursat 3 dəfə artıb

Ukrayna müharibəsi davam edərkən Rusiya Şimali Koreya ilə hərbi müqavilə imzalayıb.

Şimali Koreya lideri Kim Çen In və Rusiya prezidenti Vladimir Putin arasında imzalanan hərtərəfli strateji tərəfdaşlıq sazişi ilə Şimali Koreyanın Ukraynadakı müharibəyə dəstəyi başlayıb.

Dünya ictimai rəyi bu əlaqəni yaxından izlədiyi bir vaxtda "Wall Street Journal" (WSJ) qəzeti Şimali Koreya ilə Rusiya arasındakı sərhəd qapısında dəmir yolu hərəkətini göstərən peyk görüntülərini paylaşıb.

Xəbərdə iki ölkə arasında dəmir yolu nəqliyyatının artdığı iddia edilib və Pxenyandan Rusiyaya göndərilən sursat dolu vaqonların sayının 2023-cü ilin sentyabr ayına nisbətən üç dəfə artdığı bildirilib.

Xəbərdə iddia edilib ki, Pxenyan administrasiyası əvvəlcə Rusiyaya köhnə döyüş sursatları göndərdiyi halda, indi daha yeni və modernləşdirilmiş döyüş sursatı verir.

Cənubi Koreya rəsmiləri Şimali Koreyada təxminən 200 silah zavodunun tam gücü ilə işlədiyini və Rusiyanın Pxenyanın silah istehsalını dəstəkləmək üçün neft və avadanlıq yardımı etdiyini bildirib.

Mövsüm

Aznews.az