- Dünyanın halı
- 23 Dekabr 2024 21:45
- 2 847
ABŞ-də kanatda qalan 170 nəfər xilas edilib

Şənbə günü ABŞ-nin Kolorado ştatında kanata minən 170-dən çox xizəkçi qorxulu anlar yaşayıb.
Mərkəzə doğru gedən kanat qəflətən havada sıradan çıxıb.
Qəfil dayanan kanatda olan xizəkçilər təşvişə düşüblər.
Vəziyyət bildirildikdən sonra polis və yanğınsöndürənlər xizək kurortuna yönəldilib.
5 saat davam edən xilasetmə əməliyyatından sonra 170-dən çox xizəkçi xilas edilib.
Xizək kurortu hadisə ilə bağlı araşdırma başlandığını və təhlükəsizlik tədbirlərinin artırılacağını açıqlayıb.
Mövsüm
Aznews.az