- Dünyanın halı
- 24 Dekabr 17:16
- 1 275
Panama prezidenti Trampı məlumatsızlıqda ittiham edib
Amerikanın seçilmiş lideri Donald Trampın Panama kanalının ABŞ-ə verilməsi ilə bağlı sözləri kobud məlumatsızlığın təzahürüdür.
"CNN" xəbər verir ki , bunu Panama prezidenti Xose Raul Mulino deyib .
“Trampın açıqlamaları onun kobud tarixi məlumatsızlığının təzahürüdür. Dekabrın 31-də Panama kanalının rəsmi olaraq panamalıların əlinə keçməsinin 25 ili tamam olacaq”, - deyə siyasətçi qeyd edib.
Qeyd edək ki, dekabrın 22-də Tramp Panama kanalının yenidən ABŞ-nin mülkiyyətinə çevrilə biləcəyini açıqlayıb .
O, bildirib ki, Panamanın kanal haqları "sadəcə gülüncdür".
Mövsüm
Aznews.az