Papa Fransiskdən Milad çağırışı: "Silahları susdurun"

Katoliklərin ruhani lideri Papa Fransisk Milad mərasimi zamanı bütün dünyada "silahların susdurulmasına" çağırıb.

Papa Qəzzada "son dərəcə ağır" humanitar vəziyyəti pisləsə də, Yaxın Şərq, Ukrayna və Sudanda sülhə çağırış edib.

88 yaşlı Roma Papası “Müharibə gedən Ukraynada silah səsləri sussun. Qoy ədalətli və davamlı sülhə gətirib çıxaracaq danışıqlara qapı açmaq üçün lazım olan cəsarət təmin edilsin”,- deyə vurğulayıb.

Mövsüm

Aznews.az