Şri-Lanka prezidenti BRİKS-ə qoşulmaqda maraqlı olduğunu bildirib

Şri-Lanka prezidenti Anura Dissanayake Rusiya lideri Vladimir Putinə məktub yazaraq BRİKS-ə qoşulmaqda maraqlı olduğunu bildirib.

Bu barədə Şri-Lankanın Rusiya Federasiyasındakı səfiri Pakir Amza məlumat verib.

"Şri-Lanka prezident Anura Dissanayakenin prezident Vladimir Putinə məktubunda BRİKS ailəsinə qoşulmaqda maraqlı olduğunu bildirib", - Amza qeyd edib.

Bu məktub oktyabrda göndərilib. Bundan əlavə, səfir bildirib ki, ölkə BRİKS-ə üzv olan digər dövlətlərə müraciət edib və onlara assosiasiyaya tərəfdaş ölkə kimi qoşulmaq xahişini çatdırıb. İndi Şri Lanka onların müsbət cavabını gözləyir.

Mövsüm

Aznews.az