İsrailin Yəmənə endirdiyi zərbələr nəticəsində BMT-nin təyyarəsinin kapitanı yaralanıb

İsrail Müdafiə Qüvvələrinin (IDF) Yəmənin Səna Beynəlxalq Hava Limanına endirdiyi hava zərbəsi nəticəsində 3 nəfər ölüb, 11 nəfər yaralanıb. Yaralıların arasında Birləşmiş Millətlər Təşkilatına (BMT) aid təyyarənin kapitanıda var.

Bu barədə ərəb telekanalı "Al Mayadeen" məlumat yayıb.

“İsrailin hava limanında təcavüzündən sonra BMT təyyarəsinin kapitan köməkçisi yaralanıb və iki hava limanının əməkdaşı həlak olub”, - məlumatda deyilir.

Telekanalın məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) direktoru Tedros Qebreyesus İsrailin hava hücumu zamanı hava limanında olub.

Mövsüm

Aznews.az