Aİ-yə qaz tranziti Azərbaycan şirkətləri vasitəsilə çatdırılması müqaviləsi mümkündür - Putin

Ukrayna üzərindən Avropaya qaz tədarükü ilə bağlı müqavilə başa çatır və onu Yeni ildən - müddəti başa çatan vaxtdan əvvəl yeniləmək mümkün olmayacaq.

Rusiya prezidenti Vladimir Putin TASS-ın sualını cavablandırarkən deyib.

“Heç bir müqavilə yoxdur və onu 3-4 günə bağlamaq mümkün deyil, heç cür”, - Rusiya lideri bildirib.

Rusiya prezidentinin sözlərinə görə, üçüncü tərəflər - Türkiyə, Macarıstan, Slovakiya, Azərbaycan şirkətləri vasitəsilə çatdırılma müqavilələrinin bağlanması variantı mümkündür.

"Problem ondadır ki, "Qazprom"un 2035-ci ilə qədər, 2049-cu ilə qədər uzunmüddətli müqavilələri var və tranzitlə bağlı vəziyyəti dəyişmək üçün bu müqavilələri parçalamaq lazımdır. Bu, mürəkkəb prosedurdur", - rusiyalı ekspert Putinin sözlərini şərh edərkən deyib.

Mövsüm

Aznews.az