Şarm əl-Şeyx - Moskva reysi Qahirədə təcili eniş edib

Şarm əl-Şeyx- Moskva təyyarəsi göyərtəsində huşsuz vəziyyətdə olan sərnişin səbəbindən Qahirədə məcburi eniş edib.

Bu barədə "EUROINS" Səyahət Sığortası filialının direktoru Yuliya Alçeyeva məlumat verib.

“Bizim xidmət mərkəzimizə aviaşirkətin əməkdaşından turistin uçuş zamanı huşunu itirməsi ilə bağlı müraciət daxil olub. Təyyarə Qahirəyə məcburi eniş edib və həmin şəxs xəstəxanaya yerləşdirilib”, o, “İnterfaks”a bildirib .

Alçeyevanın sözlərinə görə, kişi arvadı və uşağı ilə Misirdən Rusiyaya qayıdırmış.

Mövsüm

Aznews.az