- Dünyanın halı
- 28 Dekabr 20:09
- 1 180
Panama Prezidenti Mulino: Panama kanalı müzakirə olunmur
Panama prezidenti Xose Raul Mulino bildirib ki, Panama kanalının statusu müzakirə mövzusu deyil.
Həftəlik mətbuat konfransında danışan Panama prezidenti Mulino,Panama kanalı haqqında ABŞ ilə heç bir danışıqlar aparmayacaqlarını vurğulayıb.
Mulino ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın açıqlamalarına da toxunaraq, "Bu prezidentin Panama kanalının Panamanın əlində olmasının hüquqi və siyasi reallığını yenidən qiymətləndirmək niyyəti ilə danışması mümkün deyil. Əgər belə bir niyyət varsa, danışılacaq bir şey yoxdur", - deyə qeyd edib.
Mövsüm
Aznews.az