- Dünyanın halı
- 28 Dekabr 22:06
- 1 398
Pearl Harbor-ın son iştirakçısı 105 yaşında vəfat edib
ABŞ- də 1941-ci ildə Pearl Harborda baş vermiş hadisələrin sağ qalan ən yaşlı iştirakçısı və USS Utah döyüş gəmisinin sağ qalan sonuncu ekipaj üzvü Uorren Apton 105 yaşında vəfat edib.
Bu barədə "Associated Press" (AP) məlumat yayıb .
Apton sətəlcəm nəticəsində yaranan uzun ağırlaşmalardan sonra dekabrın 25-də Kaliforniyada xəstəxanada vəfat edib. Yapon təyyarələri ABŞ hərbi dəniz bazasına hücum edəndə onun 22 yaşı var idi.
O, müsahibələrində bildirib ki, ikinci torpedonun onun olduğu gəmiyə dəyməsindən sonra gəmi batdı. Yalnız üzərək Ford adasına çatdı və orada hava zərbələrindən gizlənə bildi və yarım saatdan sonra adam təxliyə edildi.
Mövsüm
Aznews.az