Səudiyyə Ərəbistanından Yəmən hökumətinə 500 milyon dollarlıq dəstək

Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA, Yəmən hökumətinə maliyyə və iqtisadi dəstək veriləcəyini açıqlayıb.

Açıqlamada Yəmən Mərkəzi Bankına 300 milyon dollar depozit qoyulacağı, ölkədəki büdcə kəsirinin bağlanması üçün 200 milyon dollarlıq dəstək veriləcəyi bildirilib.

Bəyanatda bildirilib ki , Səudiyyə Ərəbistanı Yəmən hökumətini dəstəkləməklə “maliyyə və iqtisadi sabitlik yaratmaq, ictimai maliyyə vəziyyətini gücləndirmək, dövlət institutlarını inkişaf etdirmək, idarəçilik və şəffaflığı artırmaq” məqsədi daşıyır.

Yəməndə İranın dəstəklədiyi husilər 2014-cü ilin sentyabrından paytaxt Səna və bəzi bölgələrə nəzarət edir.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri 2015-ci ilin mart ayından husilərə qarşı Yəmən hökumətinə dəstək verir.

Mövsüm

Aznews.az