- Dünyanın halı
- 29 Dekabr 2024 21:09
- 2 077
Kim Çen In: ABŞ-ə qarşı ən sərt strategiya tətbiq ediləcək
Şimali Koreya lideri Kim Çen In bəyan edib ki, ABŞ-ə qarşı “ən sərt” strategiya ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın vəzifəyə başlamasına təxminən bir ay qalmış həyata keçiriləcək.
Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, hakim Fəhlə Partiyasının Baş Assambleyasının 5 günlük iclası başa çatıb.
Görüşdəki çıxışında Kim ABŞ-ni "mürtəce dövlət" olaraq xarakterizə edib və ABŞ-Cənubi Koreya-Yaponiya əməkdaşlığının "nüvə hərbi bloku"na çevrildiyini müdafiə edib.
" Bu fakt aydın şəkildə göstərir ki, biz hansı istiqamətdə hərəkət etməliyik və nə etməliyik”. Kim bildirib ki, ölkəsinin ABŞ-ə qarşı indiyə qədərki “ən sərt strategiyası” həyata keçiriləcək.
Həmçinin iclasda Pak Thae-sonq Şimali Koreyanın yeni baş naziri təyin edilib.
ABŞ-nin 47-ci prezidenti seçilən Donald Tramp 2025-ci il yanvarın 20-də and içəcək.
Mövsüm
Aznews.az