BƏƏ-də yüngül təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb

Birləşmiş Ərəb Əmirliklərinin Rəs əl-Xeymə əmirliyi sahillərində “Cəzirə” Aviasiya Klubuna məxsus yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, iki nəfər həlak olub.

Bu barədə BƏƏ-nin "WAM" agentliyi BƏƏ Mülki Aviasiya İdarəsinə istinadən məlumat yayıb.

“Əl-Cəzirə Hava İdman Klubuna məxsus təyyarə Rəs əl-Xəymə əmirliyi sahillərində dəniz sularına düşüb, pilotu və yoldaşı həlak olub”, - deyə məlumatda bildirilir.

Səlahiyyətli orqanlar qəzanın səbəblərini müəyyən etmək üçün araşdırma aparır. Mülki Aviasiya Baş İdarəsi həlak olanların ailələrinə başsağlığı verib.

Mövsüm

Aznews.az