- Dünyanın halı
- 5 Yanvar 15:46
- 2 153
Cənubi Koreya Prezidentinin mühafizəçiləri onu həbs etmək cəhdi zamanı atəş aça biləcək
Koreya Respublikasının Prezidenti Yun Sok Yolun mühafizəçilərinə onu həbs etmək cəhdi zamanı odlu silahdan istifadəyə icazə verilib.
Bu barədə TASS parlamentdə çoxluq təşkil edən Toburo Demokrat Partiyasındakı mənbələrə istinadən məlumat yayıb.
Bundan əvvəl yanvarın 3-də Konstitusiya Məhkəməsində prezidentin vəkilləri və dekabrda prezidentin hakimiyyətdən kənarlaşdırılmasına səs verən Milli Assambleya (parlament) nümayəndələrinin iştirakı ilə impiçment üzrə ikinci ilkin dinləmə keçirilib.
Parlament rəsmiləri məhkəmə qərarına baxmayaraq, hüquq-mühafizə orqanlarının Yun Sok Yolu həbs edə bilmədiklərinə görə üsyanın davam etdiyini söyləyib. Yolun vəkilləri israrla bildiriblər ki, dövlət başçısının hərəkətlərinin cinayət xarakterini göstərmək üçün sübutlar “üsyan” ifadəsindən istifadə etməyə imkan vermir.
Konstitusiya Məhkəməsi yanvarın 14-də ölkə Prezidenti Yun Sok Yolun impiçmenti üzrə məhkəmə prosesində ilk şifahi müzakirə keçirəcək.
Qeyd edək ki, dekabrın 3-ü axşam saatlarında Yol Şimali Koreya tərəfdarı ünsürlərə və icra hakimiyyətinin iflic vəziyyətinə qarşı mübarizə aparmaq üçün onilliklər ərzində ilk dəfə hərbi vəziyyət tətbiq edib, amma rejim qüvvəyə minəndən təxminən altı saat sonra qaldırılıb. (report)