Salvadorda 6,3 bal gücündə zəlzələ baş verib

Mərkəzi Amerika ölkəsi El Salvadorda 6,3 bal gücündə zəlzələ baş verib. Zəlzələdən sonra alınan ilk məlumata görə, ölən və xəsarət alan olmayıb.

ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Sakit okeanda, La Libertad şəhərindən 50 kilometr aralıda olduğunu açıqlayıb.

Dərinliyi 49,5 kilometr olaraq qeydə alınan zəlzələnin maqnitudasının 6,3 bal olduğu bildirilib.

Zəlzələ qonşu ölkələr Qvatemala və Nikaraquada da hiss olunub.

El Salvador prezidenti Nayib Bukele sosial media hesabından verdiyi açıqlamada, "Bu səhər baş verən şiddətli zəlzələdən sonra ölkəmizin bütün bölgələrindən reportajlar hazırlayırıq. Görünən odur ki, can və mal itkisi yoxdur",- deyə qeyd edib.

Mövsüm

Aznews.az