Kiyev qaçqınların geri qaytarılması prosesinin başladığını elan edib

Kiyev xaricdə olan vətəndaşların geri qaytarılması prosesinə başlayıb. Ukraynalı qaçqınlar xaricdən ölkəyə könüllü qayıda biləcəklər, onlara qarşı məcburi tədbirlər tətbiq edilməyəcək.

Bunu milli telemarafonda Milli Birlik Nazirliyinin rəhbəri Aleksey Çernışov deyib.

“Biz ukraynalıların evlərinə qaytarılması prosesinə başlayırıq. Dərhal demək istərdim ki, geri qaytarılma yalnız könüllüdür, heç bir məcburi tədbir olmayacaq”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, hazırda xaricdə 20-25 milyon, ölkədə isə 32 milyon ukraynalı var. Lakin o, geri qaytarılma prosesinin təfərrüatlarını açıqlamayıb.

Mövsüm

Aznews.az