Çin Tibetində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 126-ya çatıb

Çinin cənub-qərbindəki Tibet Muxtar Bölgəsində (TAR) Nepal və Banqladeşlə sərhəd yaxınlığında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 126-ya çatıb.

Bu barədə Sinxua agentliyi məlumat yayıb.

“Saat 19:00-a Dinqri rayonunda baş verən zəlzələ nəticəsində 126 nəfər həlak olub”, - məlumatda deyilir.

188 nəfərin yaralandığı qeyd edilir. Bundan başqa, 28 nəfər müalicə olunmaq üçün bələdiyyə xəstəxanasına yerləşdirilib. Zəlzələ nəticəsində 3,5 mindən çox ev də uçub.

Mövsüm

Aznews.az