Çaddan Makrona etiraz

Çad prezidenti Mahamat İdriss Déby Fransa lideri Emmanuel Macronun Afrikalıları nankorluqda ittiham etməsinə etiraz edib.

Barrons jurnalı bu barədə dövlət başçısının sosial şəbəkələrinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Fransa prezidenti daha əvvəl demişdi ki, Afrika ölkələri terrorizmlə mübarizədə yardıma görə dövlətə “təşəkkür etməyi unutdular”.

Debi Facebook sosial şəbəkəsində yazıb: “Prezident Makronun Afrika və Afrikalılara hörmətsizliklə bitən son bəyanatlarına öz qəzəbimi bildirmək istərdim”.

Çad prezidentinin sözlərinə görə, Makron “yanlış dövrə girib”.

Mövsüm

Aznews.az