- Dünyanın halı
- 7 Yanvar 19:56
- 1 239
Finlandiya və Almaniya arasında zədələnmiş rabitə kabeli təmir edilib
Finlandiya ilə Almaniya arasında dekabr ayında zədələnən C-Lion1 dənizaltı telekommunikasiya kabeli təmir edilib.
Bu barədə Finlandiyanın Cinia Oy operator şirkətinin saytında məlumat verilib .
“Cinia C-Lion1 sualtı kabelindəki qırıq təmir edilib və Finlandiya ilə Almaniya arasında birbaşa sualtı kabel əlaqəsi bərpa edilib və tam işlək vəziyyətdədir”, - deyə məlumatda bildirilir.
Dekabrın 25 və 26-da Baltik dənizində dörd sualtı kabel sıradan çıxıb. Onlardan üçü Finlandiya ilə Estoniya arasında, biri isə Finlandiya ilə Almaniya arasında çəkilib.
Mövsüm
Aznews.az