Seysmoloqlar Tibetdəki zəlzələdən sonra 515 yeraltı təkan qeydə alıblar

Seysmoloqlar Çinin Tibet Muxtar Bölgəsində 6,8 bal gücündə zəlzələdən sonra 515 yeraltı təkan qeydə alıblar.

Bu barədə Çin Seysmoloji Mərkəzi məlumat yayıb.

“Yanvarın 8-i saat 8:00-a olan məlumata görə, yerli miqyasda ümumilikdə 515 yeraltı təkan qeydə alınıb, onlardan ən böyüyü 4,4 bal gücündə olub”, – mərkəz Honq Konq xəbər saytında bildirib.

Aydınlaşdırılır ki, 488 afterşok maqnitudası 3-dən aşağı, 27-nin gücü 3-dən yuxarı olub: xüsusən, 24-ü 3-3.9, üçü isə 4-4.9 bal gücündə olub. Ən güclü seysmik hadisə əsas təkanın episentrindən 18 km aralıda olub.

Mövsüm

Aznews.az