• Qərb
  • 9 Yanvar 18:56
  •  1 318

Kanadalılar Trüdonun istefasından məmnundur

Kanadalıların 80%-dən çoxu baş nazir Castin Trüdonun istefa qərarından məmnundur.

Bu barədə “Global News” kanalının dərc etdiyi “Ipsos”un sorğusunun nəticələrində qeyd edilib.

Liberal Partiyasının reytinqi hələ də aşağı olaraq qalır.

Aznews.az xəbər verir ki , sorğunun nəticələrinə görə, fraksiyanı təsdiqləmə səviyyəsi 20% təşkil edir.

Göstərici tarixi minimuma çatıb. Bunun əksinə olaraq, Mühafizəkarlar Partiyasının reytinqi 46%-ə yüksəlib.

Mövsüm

Aznews.az