ABŞ Rusiyaya qarşı sanksiyaların siyahısını genişləndirib

ABŞ hakimiyyəti bir sıra Rusiya korporasiyalarına və onların rəhbərlərinə qarşı sanksiyaları genişləndirib.

Bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında məlumat verilib .

Belə ki, “Qazprom Neft” və onun rəhbəri Aleksandr Dyukov, “Surqutnefteqaz”, həmçinin “Zarubejneft”in rəhbəri Sergey Kudryaşov sanksiya siyahısına daxil edilib. Bundan əlavə, Rosatom-un baş direktoru Aleksey Lixaçova qarşı məhdudiyyətlər tətbiq edilib.

Siyahıya “Qazprom”un Baltik sahillərində yerləşən orta tonluq təbii qazın mayeləşdirilməsi zavodu olan “Qazprom LNG Portovaya” da daxildir.

Mövsüm

Aznews.az