Dəməşqdə məsciddə yaranan izdihamda 3 nəfər ölüb

Suriyanın paytaxtı Dəməşqdə Əməvi Mərkəzi məscidində cümə namazı zamanı yaranan izdihamda 3 nəfər ölüb, ən azı 5 nəfər yaralanıb.

Bu barədə Türkiyənin Ahaber telekanalı məlumat yayıb.

“Əməvi məscidində baş verən izdihamda biri uşaq olmaqla 3 nəfərin öldüyü, 5 nəfərin yaralandığı bildirilir. Bildirilib ki, izdiham hamının eyni vaxtda giriş qapısına toplaşması səbəbindən baş verib”.

Materiala görə, zərərçəkənlərə ilkin tibbi yardım göstərilib. Ağır yaralılar xəstəxanaya çatdırılıb.

Mövsüm

Aznews.az