Polşanın Los-Ancelesdəki Baş Konsulluğu genişmiqyaslı yanğınlarla əlaqədar təxliyə edilib

Polşanın Los-Ancelesdəki Baş Konsulluğu Kaliforniya ştatında baş verən genişmiqyaslı meşə yanğınları səbəbindən təxliyə edilib.

Bu barədə Polşanın TVN24 telekanalı məlumat yayıb.

“Yanğın təhlükəsinin artması ilə əlaqədar Polşa Respublikasının Los Ancelesdəki Konsulluğu təxliyə edilib. Ofisin bağlı olmasına baxmayaraq, zərurət yaranarsa, müvəqqəti pasport verilə bilər”, - telekanal baş konsul Paulina Kapusçinskidən sitat gətirir.

Güvənli yerdə konsulluğun açılması məsələsi nəzərdən keçirir.

Mövsüm

Aznews.az