Ukrayna Slovakiya və Aİ-nin qaz tranziti üzrə işçi qrupunda iştirak etməyəcək

Ukrayna Rusiya Federasiyasından Ukrayna ərazisindən qaz tranzitinin dayandırılması fonunda enerji probleminin həlli üçün Avropa İttifaqı (Aİ) və Slovakiyanın təşkil etdiyi işçi qrupunda iştirak etməyəcək.

Bu barədə Avropa Komissiyasının (AK) mətbuat katibi Anna-Kaisa İtkonen Brüsseldə keçirdiyi brifinqdə bildirib.

“Texniki səviyyədə yüksək səviyyəli işçi qrupu olacaq və biz onların yaxın həftələrdə mümkün qədər tez işə başlamalarını gözləyirik. Qrupa Aİ və Slovakiyanın yüksək səviyyəli rəsmiləri daxil olacaq”, - AK-nin saytında qeyd olunub.

Bununla belə, sözçü əlavə edib ki, AK “bütün səviyyələrdə” Kiyevlə əlaqələri davam etdirəcək.

Mövsüm

Aznews.az