Baş nazir Egede: ABŞ Qrenlandiyanı öz həyəti kimi görür

Qrenlandiya Şimali Amerika qitəsinin bir hissəsidir, ABŞ onu bütün qitənin qorunacağı bir növ həyət kimi görür.

Bu barədə Qrenlandiyanın baş naziri Mute Boerup Egede mətbuat konfransı zamanı bildirib.

“Birləşmiş Ştatlar Qrenlandiyanı dünyanın hissələrindən biri, bütün qitənin mühafizəsinin onun tərəfindən həyata keçiriləcəyi bir növ öz həyəti kimi görür. Ona görə də həmişə maraq olub və ona görə də biz də gələcəkdə onlarla əməkdaşlıq etmək fikrindəyik”.

Baş nazirin sözlərinə görə, Özünüidarəetmə Aktı faktiki olaraq Qrenlandiyaya lazım gəldikdə müəyyən bir məqamda müstəqil olmaq imkanı verir.

Mövsüm

Aznews.az