Starmer sülhməramlıların yerləşdirilməsini müzakirə etmək üçün Ukraynaya səfər edəcək

Böyük Britaniyanın baş naziri Keir Starmer münaqişə bitdikdən sonra sülhməramlı qüvvələrin bura yerləşdirilməsi məsələsini müzakirə etmək üçün tezliklə Ukraynaya səfər edəcək .

Bunu Ukrayna prezidenti Volodimir Zelenski Almaniyadakı Ramşteyn aviabazasında Qərb müttəfiqləri ilə görüşündə bildirib .

“Bu təşəbbüs (Ukraynaya sülhməramlılar göndərmək. - Red.) [Fransa Prezidenti] Emmanuel Makron tərəfindən irəli sürülüb. İngilislərin buna münasibəti müsbətdir, lakin mən bu barədə [Böyük Britaniyanın] baş naziri ilə görüşümüzdə ətraflı danışacağam. Onun Ukraynaya səfəri olacaq və biz danışacağıq”, - deyə Bloomberg Zelenskidən sitat gətirib.

O, görüşün dəqiq nə vaxt təyin edildiyini açıqlamayıb. Starmerin ofisindəki bir agentlik mənbəsi səfərin yaxın həftələrdə baş tutacağını bildirib.

Mövsüm

Aznews.az