Çinin Tibet Muxtar Bölgəsində 4,9 bal gücündə zəlzələ baş verib

Çində, Tibet Muxtar Bölgəsində 4,9 bal gücündə zəlzələ qeydə alınıb.

TASS bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən məlumat yayıb.

Bildirilir ki, zəlzələnin episentri təxminən 8,7 min nəfər əhalisi olan Nepalın Lobuçe şəhərindən 83 km şimal-şərqdə olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Mövsüm

Aznews.az