- Dünyanın halı
- 13 Yanvar 19:52
- 1 411
Siyarto Rusiyadakı "Türk axını" infrastrukturuna hücumu pisləyib
“Türk axını” boru kəməri ilə qazın verildiyi “Russkaya” kompressor stansiyasına hücum ondan istifadə edən ölkələrin suverenliyinə hücuma bərabərdir.
Bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.
O, aydınlaşdırıb ki, qaz kəməri Macarıstana və Mərkəzi Avropaya təbii qaz tədarükünü təmin edir.
Bundan əlavə, “Türk axını” etibarlı nəqliyyat marşrutudur və bunun sayəsində nəqliyyat şirkətləri və tranzit ölkələr müqavilə öhdəliklərinə əməl edirlər.
“Biz gözləyirik ki, bu nəqliyyat marşrutunun təhlükəsizliyi və işləkliyi hamı tərəfindən hörmətlə qarşılanacaq. Enerji təchizatının təhlükəsizliyi suverenlik məsələsidir, ona görə də enerji təchizatımızın təhlükəsizliyini təhdid edən istənilən hərəkət suverenliyin pozulması kimi qiymətləndirilməlidir”, - o, Facebook sosial şəbəkəsindəki səhifəsində yazıb.
Mövsüm
Aznews.az