- Dünyanın halı
- 13 Yanvar 21:35
- 1 216
Fiko qaz tranziti ilə bağlı vəziyyət fonunda Zelenskini görüşə dəvət edib
Slovakiyanın baş naziri Robert Fiko Ukrayna ərazisindən Avropaya qaz tranzitinin dayandırılması fonunda Ukrayna prezidenti Volodimir Zelenskini görüşə dəvət edib.
Fiko müraciəti Facebook sosial şəbəkəsində dərc edib.
"İcazə verin, Slovakiya icra hakimiyyətinin ən yüksək nümayəndəsi kimi sizi danışıqlara dəvət edim",- deyə Fiko qeyd edib.
Baş nazir əlavə edib ki, görüş Slovakiya ərazisində Ukrayna ilə sərhədə yaxın ərazidə baş tuta bilər. O əlavə edib ki, bu cür söhbət Slovakiya və digər ölkələrə Ukrayna ərazisindən qaz nəqli ilə bağlı “açıq söhbət” üçün ilkin şərtlər yaradacaq.
Mövsüm
Aznews.az