Yaponiyadan ABŞ-ə 2 milyon dollarlıq yanğın yardımı

ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərinin müxtəlif yerlərini külə çevirən meşə yanğınları səkkizinci gündə də bütün şiddəti ilə davam edir.

Davam edən yanğınlarda ən azı 25 nəfərin həyatını itirdiyi açıqlanıb.

Ümumilikdə təxminən 38 min dekar ərazini əhatə edən yanğınlar 12 mindən çox binanı yararsız hala salıb.

On minlərlə insanın təxliyəsi üçün xəbərdarlıq edildiyi halda, yanğının iqtisadi itkisinin 275 milyard dollara çata biləcəyi təxmin edilir.

Bu fəlakətli proses zamanı fəlakətin yaralarını sağaltmağa çalışan Yaponiyadan ABŞ-ə kömək əli gəldi.

Yaponiya Xarici İşlər Nazirliyindən edilən yazılı açıqlamada, Amerika Qırmızı Xaç Cəmiyyəti vasitəsi ilə meşə yanğınlarından zərər çəkənlərə 2 milyon dollar yardım ediləcəyi ifadə edilib.

Mövsüm

Aznews.az