British Petroleum xərcləri azaltmaq üçün təxminən 5 min işçisini ixtisar edəcək

Britaniyanın neft-qaz şirkəti British Petroleum (BP) 4,7 min işçisini, yəni işçilərinin təxminən 5%-ni, podratçılar arasında isə 3 mindən çox vəzifəni ixtisar edəcək.

Bloomberg bu barədə korporasiyanın rəhbəri Murray Auchinclossun məktubuna istinadən məlumat yayıb.

Xərclərin azaldılması ilə bağlı qərar qəbul edilib. İcraçı direktorun sözlərinə görə, digər tədbirlərin 2025-ci ildə və ondan sonrakı illərdə də eyni məqsədlərə nail olunması gözlənilir.

Qeyd olunur ki, 2024-cü ilin iyun ayından etibarən şirkət 30 layihəni dayandırıb və ya ləğv edib, diqqəti ən gəlirli olanlarına yönəldib.

Mövsüm

Aznews.az