Trampın andiçmə mərasimi qapalı məkanda keçiriləcək

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın yanvarın 20-də baş tutacaq andiçmə mərasimi əlverişsiz hava şəraiti ilə əlaqədar şəxsi sifarişlə Birləşmiş Ştatların Kapitoliyasının Rotunda binasına köçürülüb.

“Külək faktoru ilə Vaşinqton üçün hava proqnozu temperaturun rekord səviyyəyə enməsinə səbəb ola bilər. Ölkəyə arktik qasırğa yaxınlaşır. İnsanların heç bir şəkildə əziyyət çəkməsini və ya incitməsini istəmirəm”, - Tramp yanvarın 17-də Truth Social hesabında yazıb.

Mövsüm

Aznews.az