- Dünyanın halı
- 17 Yanvar 21:54
- 1 447
Husilər Qırmızı Dənizdə ABŞ təyyarədaşıyan gəmisinə hücum edib
Yəmən husiləri Qırmızı dənizdə pilotsuz uçuş aparatlarından (PUA) istifadə edərək ABŞ-nin "USS Harry S. Truman" təyyarədaşıyan gəmisinə hücum edib.
Bu barədə husilərin yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Saria məlumat verib.
"Təyyarədaşıyıcıya edilən bu hücum Qırmızı dənizə çatdıqdan sonra yeddinci olub", - Al Mayadeen telekanalı onun Teleqram-da sözlərindən sitat gətirib.
Yəmən Silahlı Qüvvələrinin sözçüsü həmçinin qeyd edib ki, raket zərbəsi İsrailin Eylat şəhərindəki “kritik hədəfləri” vurub .
Mövsüm
Aznews.az