Bayden Ağ Evdən vida selfisini yayımlayıb

ABŞ prezidenti Co Bayden X sosial şəbəkəsində (keçmiş Twitter) Ağ Evdən vida selfisini yerləşdirib.

“Yaddaş üçün daha bir selfi. Biz səni sevirik, Amerika”, - deyə Bayden şəklin altına yazıb.

Co Bayden və həyat yoldaşı Cil yanvarın 20-də ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimi günü Ağ Evi tərk edirlər.

Mövsüm

Aznews.az