- Dünyanın halı
- 20 Yanvar 21:55
- 1 029
Orban Qərbi Rusiya üzərində qələbəyə ümid etməməyə çağırıb
Avropa İttifaqı (Aİ) Qərb əsgərlərinin Moskvada Qırmızı Meydandan qələbə ilə keçəcəyi ehtimalına arxalanmamalıdır.
Macarıstanın baş naziri Viktor Orban bu barədə ölkəsinin 2024-cü ilin ikinci yarısında Aİ Şurasına sədrliyinin yekunlarına həsr olunmuş konfransda bildirib.
“Bəs həqiqətənmi düşünürük ki, bizim əsgərlər Moskvanın Qızıl Meydanında Avropa İttifaqının bayrağı altında yürüş edəcəklər? Əgər belə düşünmürüksə, o zaman danışıqlar üçün diplomatik kanalları açıq saxlamalıyıq”, - Orban bildirib.
Orban onu da vurğulayıb ki, Avropada müharibə başlayarsa, bütün tərəflər itki verəcək. O əlavə edib ki, Ukrayna böhranı mümkün qədər tez həll olunmalıdır və Macarıstanın sülhməramlı missiyasının məhz bu məqsədlə başladığını qeyd edib.
Mövsüm
Aznews.az