Lukaşenko Putinlə Belarusda ikinci atom elektrik stansiyasının tikintisini müzakirə edəcək

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putinlə respublikada ikinci Atom Elektrik Stansiyasının (AES) tikintisini müzakirə edəcək.

Prezident bu barədə Minsk Avtomobil Zavoduna səfəri zamanı bildirib.

BELTA xəbər verir ki, tikinti üçün yerin hələ müəyyən edilmədiyi, lakin AES-in tikintisi üçün yararlı olan müəyyən ərazilərin müəyyən edildiyi dəqiqləşdirilib.

Mövsüm

Aznews.az