Moskvadakı Amerika səfirliyinin üstündə ABŞ bayrağı qaldırılıb

Amerika prezidenti Donald Trampın sərəncamı ilə ABŞ-nin Moskvadakı səfirliyi üzərində bayraq qaldırılıb.

Bundan əvvəl ölkə bayrağı keçmiş prezident Co Baydenin əmri ilə 2024-cü il dekabrın 30-da vəfat edən ABŞ-nin keçmiş prezidenti Cimmi Karterin xatirəsinə yarıya qədər endirilib.

30 gün ərzində müxtəlif ölkələrdə Ağ Evdən və digər hökumət binalarından da Amerika bayraqları endirilib.

Mövsüm

Aznews.az