- Dünyanın halı
- 20:42
- 858
Fiko çevriliş təhlükəsi ilə əlaqədar Slovakiya TŞ-nin təcili iclasını çağırıb
Slovakiyanın baş naziri Robert Fiko ölkənin xüsusi xidmət orqanlarının hökumətin devrilməsi riski ilə bağlı məlumat alması səbəbindən Təhlükəsizlik Şurasının təcili iclasını yanvarın 23-nə təyin edib.
Bu barədə yerli Dennik N nəşri məlumat yayıb.
Görüşün saat 9:00-da baş tutacağı bildirilib. Slovakiya prezidenti Peter Pelleqrini də orada iştirak edəcək.
Fiko qeyd edib ki, “xarici ekspertlər” Slovakiyaya gəliblər və onların Gürcüstandakı etiraz aksiyaları və Ukraynadakı Maydanla əlaqəsi var. Fiko, mərkəzi Avropa dövlətində hökumət binalarını və vətəndaş itaətsizliyini ələ keçirməklə dövlət çevrilişinə cəhd edə biləcəklərini qeyd edib.
Mövsüm
Aznews.az