Müxalifət Benyamin Netanyahunu istefaya çağırır

İsraildə siyasi tarazlıqlar dəyişir.

Hökumətin atəşkəs razılaşmasını “itki” kimi xarakterizə edən nazirlər bir-bir istefa verib.

Əsasən sağçı olduğu bilinən İsrailin daxili təhlükəsizlik naziri İtamar Ben-Qvir və onun rəhbərlik etdiyi Yəhudi Güc Partiyasının nazirləri atəşkəsin qüvvəyə mindiyi vaxta yaxın istefalarını təqdim ediblər.

Nazirlər Kabinetinin öz aralarında sarsıldığını göstərən bu istefanın ardınca Baş Qərargah rəisi Herzi Halevi və Qəzzadan məsul Cənub Cəbhəsi komandanı Yaron Finkelman da dünən istefa verib.

Bir çox partiyalar, xüsusilə də ana müxalifət olan Gələcək Var Partiyası, ardıcıl istefalara reaksiya verib.

Müxalifət partiyaları Netanyahu hökumətini uğursuz qərarlar verməkdə günahlandırıb və Netanyahunu “istefaya” çağırıblar.

Mövsüm

Aznews.az