- Dünyanın halı
- 22 Yanvar 21:54
- 877
Qırğızıstanda avtomobillər qar uçqununun altında qalıb, 4 nəfər xilas edilib
Qırğızıstanda qar uçqunu altı avtomobil və “Sprinter” mikroavtobusunu vurub.
Bu barədə Respublika Fövqəladə Hallar Nazirliyi Teleqram kanalında məlumat yayıb.
İdarənin məlumatına görə, Çuy vilayətində Bişkek-Oş avtomobil yolunun 132-ci km-də birdən iki yerdə uçqun baş verib və onun həcmi 3,5 min kubmetr təşkil edib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tamamilə uçqun altında qalmış avtomobildən 4 nəfəri xilas ediblər.
Hazırda hadisə yerində aktiv təmizləmə işləri aparılır. “Aral” və “Sosnovka” keçid məntəqələrində avtomobillərin keçidinə müvəqqəti məhdudiyyət tətbiq edilib.
Mövsüm
Aznews.az